Satışda olan malların üzərində qiymət kağızlarının və xidmət və ya işlər üzrə qiymət cədvəllərinin düzgün tərtib edilməməsi ciddi cərimə ilə nəticələnə bilər.
Referans Media xəbər verir ki, satışda olan malların üzərində qiymət kağızlarının, göstərilən xidmətlər və ya görülən işlər üçün qiymət cədvəllərinin və menyuların olmaması və ya düzgün tərtib edilməməsinə görə 800 manatdan 1 000 manatadək cərimə tətbiq edilir.
Bundan əlavə, Azərbaycanda satılan malların, işlərin və xidmətlərin qiymətlərinin manatla göstərilməməsinə görə 1 100 manatdan 1 650 manatadək cərimə nəzərdə tutulur.
Beləliklə, qiymətlərin manatla göstərilməməsi halında tətbiq edilən cərimənin yuxarı həddi 1 650 manat, qiymət kağızlarının və ya qiymət cədvəllərinin olmaması və düzgün tərtib edilməməsinə görə isə 1 000 manat təşkil edir./Ajans.az/
