“Paşa Sığorta” ASC-də departament direktoru vəzifəsinə yeni təyinat olub.
Referans Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Orxan Məmmədov şirkətin hüquq departamentinin direktoru təyin edilib.
O, bu təyinatadək şirkətdə Korporativ hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, O.Məmmədov 1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Fransanın Strazburq Universitetində (Université de Strasbourg) müqayisəli xüsusi hüquq ixtisası üzrə magistratura təhsili alıb. O, bir müddət Azərbaycan Mərkəzi Bankında normayaratma fəaliyyəti üzrə çalışıb.
