backend

Vəhşilik kameraya düşüb… İsrail təslim olan iki fələstinlini belə edam etdi – VİDEO

İsrail ordusu işğal olunmuş Qərb Şəriyəsinin Cenin şəhərində təslim olan iki fələstinliyə atəş açıb. Dəhşətli anlar kameraya düşüb.

Referans MEDİA xəbər verir ki, Misirdə fəaliyyət göstərən Əl-Gad televiziyası tərəfindən yayımlanan kadrlar Cenin Qaçqınlar Düşərgəsi yaxınlığındakı Cəbəl Əbu Zahir bölgəsində İsrail qüvvələrinin mühasirəsində olan evdən iki fələstinlinin əllərini yuxarı qaldıraraq çıxdığını göstərir.

Görüntülərdə əsgərlərin evin bir hissəsini buldozerlə söküb apardığı, sonra fələstinlilərdən içəri qayıtmalarını istədiyi və daha sonra onlara atəş açdığı görünür.

Fələstin Səhiyyə Nazirliyi 26 yaşlı Muntasir Billah Mahmud Qassim Abdullah və 37 yaşlı Yusuf Əli Yusuf Asaisa adlı şəxslərin hücum nəticəsində həlak olduğunu və cəsədlərinin İsrail qüvvələri tərəfindən saxlanıldığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki