image-parfumbackend

Ucuz ətirlərin gizli təhlükəsi: Sağlamlığınızı riskə atmayın!

Ətir gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsan zövqünü əks etdirməklə yanaşı, ətrafdakılara təsir göstərir və özünə inam hissi yaradır. Lakin son dövrlər qramla satılan, 50 qəpikdən 1 manata qədər olan ucuz ətirlərin sağlamlıq üçün nə qədər təhlükəsiz olduğu ciddi suallar doğurur.

Referans Media-ya danışan Allerqoloq Aytəkin Həsənzadə xəbərdarlıq edir ki, qramla satılan ətirlərin böyük əksəriyyəti kimyəvi tərkiblidir. “Bu məhsullar ucuz xammaldan hazırlanır, təbii komponentlərdən istifadəsi minimaldır və əsasən süni üsullarla istehsal olunur. Hər bir ətir potensial allergiya riski daşıyır, amma ucuz ətirlərdə bu risk daha yüksəkdir,” – deyə həkim bildirir.

Aytəkin Həsənzadə vurğulayır ki, qramla satılan ətirlər ilə orijinal, qablaşdırmada olan markalı ətirlər arasında böyük fərqlər var. Orijinal məhsullar tanınmış istehsalçılar tərəfindən hazırlanır, müəyyən standartlara uyğun yoxlamalardan keçirilir və sertifikatlaşdırılır. Qramla satılan məhsullarda isə istehlakçılar məhsulun tərkibi və keyfiyyəti barədə kifayət qədər məlumat ala bilmirlər.

Ekspertlərin sözlərinə görə, ucuz ətirlər həm allergik reaksiyalar, həm də uzunmüddətli istifadə zamanı sağlamlıq problemləri yarada bilər. Xüsusilə də dəri, nəfəs yolları və hətta sinir sistemi bu maddələrdən mənfi təsir ala bilər.

Nəticə etibarilə, xaricdən gətirilmiş, etibarlı sertifikatlı ətirlərə üstünlük vermək, qramla satılan ucuz məhsullardan isə imtina etmək tövsiyə olunur. Sağlamlığınızı riskə atmayın – ucuz qoxu bəzən baha başa gələ bilər.

 

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki