image-abd-gronlanda-mi-saldiracak-beyaz-saraydan-kritik-aciklama-2lkfbackend

Ağ Evdən ŞOK AÇIQLAMA: ABŞ Qrenlandiyaya hücum edəcək?

Ağ Evin mətbuat katibi Karolin Livitt ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın strateji əhəmiyyətinə xüsusi önəm verdiyini xatırladaraq, ABŞ ordusunun hər zaman prezidentin ixtiyarında olduğunu bildirib.

Referans Media xəbər verir ki, Ağ Ev Trampın Qrenlandiya ilə bağlı mübahisə doğuran açıqlamalarına dair yeni bəyanat yayıb. Karolin Livitt qeyd edib ki, Tramp Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından prioritet olduğunu açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, ada Arktika bölgəsində ABŞ-ın rəqiblərini çəkindirmək baxımından həyati əhəmiyyət daşıyır.

Livitt vurğulayıb ki, Qrenlandiya məsələsində güc tətbiqi də daxil olmaqla müxtəlif variantlar müzakirə olunur: “Prezident Tramp və komandası bu mühüm xarici siyasət hədəfinə nail olmaq üçün fərqli seçimləri dəyərləndirir. Təbii ki, ABŞ ordusundan istifadə baş komandan olaraq prezidentin hər zaman əlində olan variantdır.”

Donald Tramp daha əvvəl də Qrenlandiyanın ABŞ üçün strateji baxımdan son dərəcə vacib olduğunu bildirərək, adanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğu yönündə açıqlamalar vermişdi. “Qrenlandiyaya mütləq ehtiyacımız var” deyən Tramp, Danimarka Krallığına bağlı olan adanın “Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu” iddia etmişdi.

Trampın bu sözləri həm Danimarka, həm də Qrenlandiya rəhbərliyi tərəfindən etirazla qarşılanıb. Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ı bu cür iddialardan çəkinməyə çağıraraq bildirib ki, “ABŞ-ın Danimarka Krallığına bağlı üç ölkədən hər hansı birini ilhaq etmək hüququ yoxdur”.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə Trampın açıqlamalarını “yalnız yanlış deyil, eyni zamanda hörmətsiz” adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki