image-korku-filmi-degil-gercek-evinden-100den-fazla-insan-kafatasi-cikti-xnsvbackend

Qorxu filmini xatırladan dəhşət: Bir evdən 100-dən çox insan kəlləsi tapıldı – VİDEO

ABŞ-ın Pensilvaniya ştatında qəbiristanlıqda dəhşətli faktlar üzə çıxıb.

Referans Media xəbər verir ki, 34 yaşlı Conatan Gerlaxın evində aparılan axtarışlar zamanı sanki qorxu filmini xatırladan mənzərə ilə qarşılaşılıb. Hüquq-mühafizə orqanları şübhəlinin evinin zirzəmisində 100-dən çox insan kəlləsi və çoxlu sayda sümük aşkar edib.

Delaver dairəsinin prokuroru Tanner Raus cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, detektivlərin Gerlaxın Efrata şəhərində yerləşən evində gördükləri mənzərə “sanki bir qorxu filminin canlanması” olub.

Zirzəmidə tapılan qalıqlar arasında 100-dən artıq kəllə, mumiyalanmış əl və ayaqlar, çürüməkdə olan iki insan cəsədi və körpələrə aid sümüklər yer alıb. Bildirilir ki, bəzi sümüklər rəflərdə nümayiş etdirilib, bəziləri isə tavandan asılmış vəziyyətdə olub.

NBC News-un məlumatına görə, Conatan Gerlax Filadelfiya ilə Yidon sərhədində yerləşən tarixi Mount Moriah qəbiristanlığından əlində çuval ilə çıxarkən saxlanılıb. Çuvalın içindən iki azyaşlı uşağa aid mumiyalanmış qalıqlar, üç kəllə və müxtəlif insan sümükləri aşkarlanıb.

Şübhəli şəxs polisə verdiyi ilkin ifadəsində qəbiristanlıqdan təxminən 30 dəst insan qalığını oğurladığını etiraf edib.

Conatan Gerlax barəsində oğurluq, meyitə qarşı hörmətsizlik, məzarların təhqiri və mülkiyyətə qanunsuz daxilolma da başda olmaqla ümumilikdə 574 maddə üzrə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki