Veteranlara verilən “80 manat”la bağlı XƏBƏR VAR: Yalnız aktiv döyüşlərdə iştirak edənlər…backend

Veteranlara verilən “80 manat”la bağlı XƏBƏR VAR: Yalnız aktiv döyüşlərdə iştirak edənlər…

“Bu
yaxınlarda bütün sosial müavinətlər müəyyən qədər artırıldı. Yalnız Qarabağ
müharibəsi veteranları qalıb. Hazırki dövr üçün 80 manat müavinət çox cüzi məbləğdir.
Bunun da səbəbi yəqin ki, bu müavinəti alanların sayının həddindən çox olmasıdır”.

 

Bu
sözləri sosioloq Elçin Bayramlı Referans-a açıqlamasında deyib.

 

“Bu
müavinət həm Birinci, həm də İkinci Qarabağ müharibəsi veteranlarını əhatə
edir. Ola bilər ki, bu il ərzində büdcədən xeyli vəsait apardığına görə, hələ
ki bunu artırmaq mümkün olmur. Amma bu inflyasiya və pulun dəyərdən düşməsi ilə
bağlı indeksasiya olunmalıdır. Ən azından müavinətin öz dəyərin də qalması üçün
80 manat artırılıb 120-150 manat olmalıdır. Amma mən belə güman etmirəm. Hesab edirəm
ki, bu məbləğ 100 manata qədər artırılacaq. Düzdür, bu da çox az məbləğdir.
Amma büdcə imkanları ilə sosial ayırmaları nəzərə aldıqda bu məbləği çox
artırmaq da mümkün deyil”.

 

Sosioloq
qeyd edib ki, bu məsələyə differensial yanaşma mütləqdir. Məsələn, müharibə dövründə
daha aktiv döyüş əməliyyatlarında iştirak edənlərin müavinətləri ilk növbədə
artırıla bilər.

 

“Hər
iki müharibə dövründə bəzi şəxslər müharibədə aktiv iştirak etdiyi halda bəziləri
sadəcə orduda iştirak edib. Differensial yanaşma olarsa, aktiv iştirak edənlərin
müavinəti ən az 2-3 dəfə, digərlərinin isə daha az formada artırıla bilər. Əslində,
bu tam olaraq artım da sayılmır, indeksasiya sayılır. Aldıqları məbləğin yenidən
dəyərlənməsidir ki, bu da hazırki dövrlə müqayisədə yenə də az hesab olunur. Hər
hansı bir formada ümid edirəm ki, bu il ərzində müəyyən bir artım olacaq. Ümumi
artım da ola bilər amma bu zaman artımın maksimim 20-30 manat olması gözlənilir.
Amma dediyim kimi fərqləndirici artımlar olsa, aktiv döyüş əməliyyatında
iştirak edənlərin müavinətlərini daha çox artırmaq olar”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki