Xanım deputat bu vəzifəsindən İSTEFA VERDİ – İşdən çıxan digər vəzifəli şəxslərin ADLARI

  Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.DAF-nin mətbuat xidmətindən Referans-a verilən məlumata görə, istefaların əsas səbəbi federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

İstefa verənlərin siyahısı aşağıdakı kimidir:

DAF Prezidenti – Jalə Əhmədova

1-ci vitse-prezident – Könül Nurullayeva

Vitse-prezident – Anar Qurbanov

İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova

Katibliyin rəhbəri – Tünzalə Əzimova

Azərbaycan nümayəndəliyinin prezidenti – Fuad Quliyev

1-ci vitse-prezident – Mehman Səfərov

Vitse-prezident – Davud Davudov

Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki