Xəbərdarlıq: Maqnit qasırğası başladı

Yer kürəsində hazırda zəif intensivlikli (G1 səviyyəli) maqnit qasırğası müşahidə olunur.

Referans Media  xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Məlumata görə, geomaqnit aktivliyi gecə saatlarında zəif dalğalanmalarla başlayıb, bir neçə saat sonra isə maqnit qasırğası səviyyəsinə yüksəlib. Mütəxəssislər bunun əsas səbəbinin Günəşdə yaranmış qeyri-adi formalı tac dəliyi nəticəsində günəş küləyinin sürətinin artması olduğunu bildirirlər.

Qeyd olunur ki, bu hadisə bir gün öncədən proqnozlaşdırılmışdı. Hazırda geomaqnit fəallığın maksimum həddə çatdığı, lakin daha yüksək səviyyəyə yüksəlməsinin gözlənilmədiyi vurğulanır.

Ekspertlər eyni zamanda bildiriblər ki, iyun ayı ümumilikdə geomaqnit baxımdan sakit və sabit keçib, müşahidə olunan aktivlik isə ay ərzində qeydə alınan nadir hadisələrdən biridir./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki