Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektdə yoxlama aparıb.
Referans Media qafqazinfo-ya istinadən xəbər verir ki, qurumun apardığı yoxlamaların nəticəsində paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən "By Fateh" restoranının fəaliyyəti dayandırılıb. Restoranın qapısı möhürlənib.
Qeyd edək ki, meyxanaçı və müğənni Aqşin Fatehə məxsus olan "By Fateh" restoranlar şəbəkəsində indiyə qədər bir neçə ciddi neqativ hal və qanun pozuntusu qeydə alınıb. Bu hadisələr rəsmi qurumların yoxlamaları və məhkəmə işləri ilə nəticələnib.
2026-cı ilin əvvəlində restoranda müştərilərə saxta alkoqollu içkilərin satıldığı aşkarlanıb.Nəticə: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumlar tərəfindən obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Tələblərə cavab verməyən məhsulların dövriyyəsinə qadağa qoyulub və məhdudlaşdırıcı qərarlar çıxarılıb.
Aqşin Fateh və onun biznes şəriki Füzuli Alıyev arasında restorandakı pay və əşyaların bölünməsi üstündən ciddi münaqişə yaranmışdı. Şəriklərin tərəfdarları arasında məkanda kütləvi dava baş verib, xəsarət alanlar olub. Hətta ifaçı özü də davanı aralamağa çalışarkən əlinin/barmağının sındığını etiraf edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb və məsələ məhkəmə müstəvisinə qədər uzanıb.
