Londonda “həddindən artıq istilərlə mübarizə” tədbiri istilərə görə ləğv edildi

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində planlaşdırılan “Həddindən artıq istilər: Qlobal idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin gücləndirilməsi” adlı tədbir ölkədə hökm sürən güclü isti hava səbəbindən ləğv olunub.

London School of Economics and Political Science tərəfindən verilən məlumata görə, qərar Met Office tərəfindən edilən qırmızı səviyyəli istilik xəbərdarlığından sonra qəbul edilib.

Məlumata əsasən, Böyük Britaniyada son günlər təsirini artıran isti hava dalğası nəqliyyat sisteminə də mənfi təsir göstərib. Bir çox metro və qatar reysləri ləğv edilib, sakinlərə zəruri olmadıqca səfər etməmək tövsiyə olunub.

Meteoroloqlar temperaturun ölkənin bəzi bölgələrində 38 dərəcəyə qədər yüksələ biləcəyi barədə xəbərdarlıq ediblər. Bu göstəricinin daha da arta biləcəyi istisna edilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki