Çin ABŞ-a çağırış etdi: Kubaya qarşı blokadanı dayandırın

Çin ABŞ-ı Kubaya qarşı tətbiq etdiyi iqtisadi blokada və bütün təzyiq vasitələrinə dərhal son qoymağa çağırıb.

Referans Media  Oxu24.com-a  istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qoo Ciakun iyunun 25-də keçirdiyi brifinqdə bildirib.

 Onun sözlərinə görə, Pekin beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qarşı çıxır və Kubanın milli suverenliyi ilə təhlükəsizliyini qətiyyətlə dəstəkləyir.

 
“ABŞ Kubaya qarşı blokadanı və hər hansı məcburiyyət, təzyiq siyasətini dərhal dayandırmalı, Kuba xalqının yaşamaq və inkişaf etmək hüququna hörmət etməlidir”, – deyə o vurğulayıb.

 
Xatırladaq ki, iyunun 23-də ABŞ dövlət katibi Marco Rubio Vaşinqtonun Kubaya gəlir gətirdiyini iddia etdiyi beş Kuba qurumu və bir neçə şəxsə qarşı yeni sanksiyalar elan edib.

 Qeyd edək ki, ABŞ-ın Kubaya qarşı iqtisadi embarqosu 60 ildən artıqdır davam edir. Rəsmi Havana bu məhdudiyyətləri ölkədəki iqtisadi çətinliklərin əsas səbəbi hesab edir və onların tam ləğvini tələb edir. Kuba Prezidenti də ABŞ-ın sanksiya siyasətini “amansız müharibə” kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki