Yaponiyada yanvarın 20-dən etibarən davam edən güclü qar yağışı səbəbindən həyatını itirənlərin sayı 46-ya yüksəlib.
Referans Media xəbər verir ki, Yaponiya Yanğın və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (FDMA) ölkə üzrə qış şəraitindən qaynaqlanan ölüm və xəsarət halları ilə bağlı son məlumatları açıqlayıb. Bildirilib ki, ölkənin geniş ərazilərində davam edən qar yağışı nəticəsində baş verən qəzalar zamanı 46 nəfər ölüb. Qar təmizləmə işləri və buzlanma səbəbindən yaralananların sayı isə 558 nəfərə çatıb.
Ən çox ölüm halı Niqata prefekturasında qeydə alınıb – burada 17 nəfər həyatını itirib. Niqatadan sonra Akita, Hokkaydo və Aomori prefekturaları gəlir.
Səlahiyyətlilər vətəndaşlara qar təmizləyərkən təhlükəsizlik qaydalarına əməl etməyi və mümkün olduqda bu işləri təkbaşına görməməyi tövsiyə ediblər.
