Yeni marşrut xətti fəaliyyətə başlayır

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 57B nömrəli müntəzəm avtobus marşrutu yaradılır. 

Referans Media xəbər verir ki, noyabrın 23-dən fəaliyyətə başlayacaq yeni marşrut xətti Məhəmməd Hadi küçəsini (metronun “Həzi Aslanov” stansiyasının yaxınlığı) Kazımağa Kərimov küçəsi (Sabah City) ilə əlaqələndirəcək. 

“Bakubus” MMC-yə məxsus marşrut xəttində 4 avtobus 15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. 

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib./“Qafqazinfo”/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki