4 nəfərin qatili 21 il sonra tualetdə tutuldu

Türkiyədə dörd nəfərin qətlində şübhəli bilinərək, axtarışda olan 53 yaşlı Y.İ. Adana şəhərində saxlanılıb.

Referans Media  xəbər verir ki, hadisə 2005-ci il avqustun 30-da Siirtin Pervari rayonunda qeydə alınıb.

Həmin tarixdə dörd nəfər qətlə yetirilib. Aparılan araşdırmalar nəticəsində cinayətin əsas şübhəlisinin Y.İ. olduğu müəyyənləşdirilsə də, hüquq-mühafizə orqanları uzun illər onu tapa bilməyiblər.

Texniki vasitələrlə aparılan müşahidələr və fiziki izləmə nəticəsində məlum olub ki, Y.İ. uzun müddətdir qardaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək gizlənirmiş. Onun qardaşının evinə gizli şəkildə girib-çıxdığı da müəyyən edilib.

Prokurorluğun axtarış qərarından sonra jandarma əməkdaşları şübhəlinin qardaşının yaşadığı evdə əməliyyat keçiriblər.

Evə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları 21 ildir axtarışda olan şəxsi tualetin qapısının arxasında gizlənərkən yaxalayıblar. Üzərindən qardaşına məxsus şəxsiyyət vəsiqəsi çıxan Y.İ. saxlanılaraq Rayon Jandarma Komandanlığına aparılıb.

Şübhəlinin əsl kimliyi üz tanıma sistemi vasitəsilə də təsdiqlənib.

Hazırda saxlanılan şəxslə bağlı jandarmada istintaq hərəkətləri davam etdirilir./Lent.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki