Süni intellektə BU SUALLARI vermək qadağan edildi

Şimali Koreya “Fountain of Wisdom” adlı yerli süni intellekt çat-botunu təqdim edib.

Referans Media  xəbər verir ki, bu barədə Şimali Koreya televiziyasının süjetini təhlil edən “38 North” analitik mərkəzi məlumat yayıb.

Bildirilir ki, sistem Koreya və ingilis dillərində elm və texnologiya sahəsinə aid sualları cavablandırır, həmçinin mətnləri tərcümə edə bilir.

Çat-bot oktyabrın 19-dan 30-dək Pxenyanda keçirilən milli İT nailiyyətləri sərgisində nümayiş etdirilib.

Layihə Kim İr Sen adına Universitetin nəzdindəki Süni İntellekt Texnologiyaları İnstitutu və yerli “Phurunhanul Trading” şirkəti tərəfindən hazırlanıb.

Sistemin interfeysi “ChatGPT”ni xatırladır, sol tərəfdə yazışma tarixçəsi, sağda isə dialoq pəncərəsi yerləşir.

Ekranda ictimai-siyasi və “qeyri-mədəni” suallar verməyi qadağan edən xüsusi xəbərdarlıq əks olunub, yalnız elm və texnikaya dair sorğulara icazə verilir.

Ekspertlərin rəyinə görə, sistemin əsasında mövcud Çin və ya ABŞ süni intellekt modellərindən biri dayana bilər./Musavat.com/

Attachment

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki