Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini vurğulayaraq, onların savaşmağa hazırlaşdığını bildirib.
Referans Media xəbər verir ki, Zelenski sosial media hesabında paylaşımında qeyd edib ki, Rusiya bu gecə Ukraynaya 129 insansız hava vasitəsi ilə (İHA) hücumlar həyata keçirib. Bu hücumlar nəticəsində Xarkov bölgəsində 4 nəfər ölüb.
Ukrayna Prezidentinin bildirdiyinə görə, Rusiya ordusunun Sumı bölgəsinə etdiyi hücumlarda 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Həmçinin Zaporijya şəhərində bir xəstəxanaya da hücum baş verib. Zelenski “Rusiya ordusu durmaq yox, savaşmağa davam etmək üçün hazırlanır” deyə bildirib.
O əlavə edib ki, Rusiya ordusunun hücumları, savaşın sona çatdırılması üçün aparılan danışıqlara da mənfi təsir göstərir və Ukrayna Rusiya qarşısında durmaq üçün güclü təhlükəsizlik zəmanətlərinə ehtiyac duyur.
