Hörmüz boğazının bağlanması beynəlxalq təhlükəsizlik üçün ciddi risk yaradır və Kiyev bu marşrutun yenidən açılmasını dəstəkləyir.
Referans Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, Ukraynanın Qara dənizdə blokadanın aradan qaldırılması ilə bağlı artıq təcrübəsi var və bu sahədə müəyyən praktik yanaşmalar mövcuddur.
Zelenski əlavə edib ki, ABŞ hələlik Ukraynadan bu istiqamətdə konkret addım atmağı tələb etməyib.sfera.az























