Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirildi

İyunun 22-də Haaqa şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsi üzrə ilk iclas baş tutub.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, viza siyasəti, əmək, daxili işlər, ədliyyə və hüquqi yardımın göstərilməsi sahələri üzrə əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə edilib.

Danışıqlarda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Niderland nümayəndə heyətinə isə Niderland Krallığının Xarici İşlər Nazirliyinin Konsulluq və viza məsələləri üzrə idarəsinin rəisi Jeron Roodenburq rəhbərlik edib.

Danışıqlar zamanı tərəflər konsulluq istiqaməti üzrə əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli əməkdaşlıq mexanizminin yaradılmasına dair razılıq əldə ediblər.

Eyni zamanda, nümayəndə heyətinin Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüş zamanı iki ölkə arasında miqrasiya, readmissiya və digər əlaqədar sahələr üzrə müzakirələr aparılıb və təcrübə mübadiləsi həyata keçirilib.

23 iyun tarixində nümayəndə heyəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının və Beynəlxalq Miqrasiya Təşkilatının Niderland Krallığında yerləşən ofislərinin rəhbərləri ilə görüşlər keçirib.

24 iyun tarixində nümayəndə heyəti Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının (HCCH) Baş Katibi Kristof Bernaskoni tərəfindən qəbul edilib. Görüş çərçivəsində bu təşkilatın fəaliyyəti barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, Azərbaycan Respublikasının HCCH-in qoşulduğu beynəlxalq konvensiyaların icrasına və təşkilatla ölkəmiz arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

6a3aa8eac847d6a3aa8eac847e17822292266a3aa8eac847a6a3aa8eac847c 46a3aa8ead6eca6a3aa8ead6ecb17822292266a3aa8ead6ec86a3aa8ead6ec9 26a3aa8eaead7a6a3aa8eaead7b17822292266a3aa8eaead776a3aa8eaead78 2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki