“Zirə”nin rəqibi borc içində batır – 60 milyon avro borcu varbackend

“Zirə”nin rəqibi borc içində batır – 60 milyon avro borcu var

  “Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Hayduk” klubunun 60 milyon avro borcu var.

Referans Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Split təmsilçisinin sabiq futbolçusu və keçmiş baş məşqçisi İqor Ştimats HRT-yə müsahibəsində deyib.

58 yaşlı mütəxəssis “Hayduk”un ölkə çempionatında qalib ola bilməməsinə toxunub: “Komandanı məndən çox sevən yoxdur. Bunu sözlərlə yox, oyunlarımla sübut etmişəm. Arxamda titullar və nailiyyətlər var. Bütün ailəmin varlığını “Hayduk” üçün təhlükəyə atmışam”.

O, klubun borclarının olduğunu söyləyib: “Hazırda klubda hərc-mərclikdir. Yığılmış borc 60 milyon avrodan çoxdur. Yeni mövsümə az qalıb, yeni baş məşqçi üçün 400 min avronu çətinliklə toplamışıq”.

Ştimats komandanın sabiq baş məşqçisi Cennaro Qattuzonun yüksək maaş aldığını bildirib: “Buna görə də ona dözdülər. Onların çıxış yolu yox idi və italiyalı mütəxəssisin pis qərarları ilə barışmalı oldular”.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də keçiriləcək. “Zirə” ilk matçı evdə, cavab oyununu isə səfərdə keçirəcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki