Gedson Fernandesin YENİ ÜNVANI ŞOK ETDİ: NƏHƏNG KLUB hərəkətə keçdi

"Trabzonspor" qış transfer dönəmi üçün çalışmalarını sürətləndirir. Türkiyə mətbuatında yer alan xəbərə görə, bordo-mavililər mövsümün əvvəlində "Beşiktaş"dan 20 milyon avro qarşılığında “Spartak Moskva”ya keçən Gedson Fernandeslə maraqlanır.

Referans Media xəbər verir ki, Tomas Rəisin rəhbərliyi altında çıxış edən "Trabzonspor"un qış transfer planında əsas hədəflərdən birinin Gedson Fernandes olduğu bildirilir.

Bordo-mavili klubun prezidenti Ertuğrul Doğan daha əvvəl transfer planları ilə bağlı açıqlamasında baş məşqçinin istəyinə uyğun olaraq heyətə 2-3 futbolçunun cəlb edilə biləcəyini və xüsusilə yarımmüdafiə xəttinə gücləndirməyə ehtiyac olduğunu bildirmişdi.

Bu açıqlamadan sonra "Trabzonspor" rəhbərliyinin Tomas Rəisin da razılığını alaraq Gedson Fernandes üçün hərəkətə keçdiyi iddia edilir.

Məlumata görə, 27 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə ilkin təmaslarda müsbət irəliləyiş əldə olunub. Gedson Fernandes bu mövsüm “Spartak Moskva”nın heyətində 11 rəsmi oyuna çıxıb. O, həmin qarşılaşmalarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalı futbolçunun Rusiya klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Gedson Fernandes Türkiyə futbolunda daha əvvəl "Qalatasaray", "Çaykur Rizespor" və "Beşiktaş" formalarını geyinib. O, xüsusilə "Beşiktaş"dakı çıxışı ilə azarkeşlərin diqqətini çəkib.

Futbolçunun mövsümün əvvəlində "Beşiktaş"dan 20 milyon avro qarşılığında “Spartak Moskva”ya transfer olunduğu bildirilir. "Trabzonspor"un qış transfer dönəmində Gedson Fernandes üçün rəsmi addım atıb-atmayacağı isə qarşıdakı həftələrdə dəqiqləşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki