Tanınmış aktyorun oğurluq edərkən görüntüləri yayıldı - VİDEO

Türkiyəli teatr aktyoru Okan Karacanın Şişlidə keçirilən bir tədbirdə masadan noutbuk oğurladığı iddia edilir.

Referans Media  xəbər verir ki, hadisənin təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Aktyor polis tərəfindən saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Məlumata görə, anası oğlunun psixoloji pozğunluğu olduğunu və bir müddətdir dərmanlarını müntəzəm olaraq qəbul etmədiyini, bunun da nizamsız davranışlara səbəb olduğunu iddia edib.

Hadisə 27 fevral 2026-cı ildə Şişli Mərkəz Mahallesindəki Darülaceze küçəsində baş verib. Əldə edilən məlumata görə, E.Ş.A. adlı şəxs 2 martda Şişli Polis Bölməsinə gedərək ərizə ilə müraciət edərək, tədbirdə noutbukunun oğurlandığını, hadisənin kamera görüntülərinin olduğunu və noutbuku oğurlayan şəxsin Okan Karacan olduğunu bildirib. Məlumata əsasən, Şişli Rayon Polis İdarəsinin qrupları təhlükəsizlik kamerası görüntülərini diqqətlə araşdıraraq noutbuku oğurlayan şəxsin Okan Karacan olduğunu müəyyən ediblər. Hadisədə şübhəli kimi dindirilən Okan Karacan ifadəsində iddia edib:

"Kompüteri səhvən götürdüm. 1 martda E.Ş.A. adlı şəxs 3 nəfərlə birlikdə gəlib mənə hücum edib. Məni qaçırıb maşının baqajına qoyub, orada başıma silahın qundağı ilə 5 dəfə vurublar".

Okan Karacanın iddialarını araşdıran Şişli Rayon Polis İdarəsinin qrupları Karacanın anası İ.K.-dən ifadə alıblar. Ana İ.K. ifadəsində oğlunun hadisə günü iftar proqramına qatıldıqdan sonra kompüterlə evə gəldiyini, kompüterin ona hədiyyə olduğunu və bir neçə gün sonra oğlu otağında yatarkən noutuku almağa gəldiklərini bildirib. Okan Karacan anasından kompüteri onu götürməyə gələn şəxsə verməsini istəyib. Qadın kompüteri qapıya gələn şəxsə verib, oğlu Karacanın heç vaxt otağından çıxmadığını və həmin şəxslə qarşılaşmadığını, evdən zorla çıxarılmadığını və ya hücuma məruz qalmadığını deyib.

Okan Karacanın "açıq oğurluq" ittihamı ilə saxlanıldığı və ifadəsindən sonra sərbəst buraxıldığı bildirilir./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki