Qaxda qəza: avtomobil dərəyə düşdü

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşüb.

Referans Media xəbər verir ki, hadisə Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Toyota” markalı avtomobil sərt döngədə idarəetməni itirərək maşını 20 metr dərinlikdə olan dərəyə aşırıb. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda əraziyə polis əməkdaşları cəlb olunub, avtomobilin dərədən çıxarılması istiqamətində işlər aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki