Ağdərə rayonunda mübahisə zəmnində Vətən müharibəsi qazisi bıçaqlanıb.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bıçaqlanma hadisəsi Ağdərənin Suqovuşan kəndində baş verib.
Rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Sadiq Abbaslı mübahisə zəmnində həmyerlisi tərəfindən bıçaqlanıb.
Yaralıya tibbi yardım göstərilib. Daha sonra o, Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

