Bir ayda 28 min yoluxma: Bu ölkəyə səfər edənlərə xəbərdarlıq

Çinin Quanqdonq əyalətində təkcə may ayında əl, ayaq və ağız xəstəliyinə yoluxanların sayı 28 minə çatıb.

Referans Media xəbər verir ki, yerli medianın məlumatına görə, xüsusilə Şençjen şəhərində bəzi məktəblərdə kütləvi yoluxma halları qeydə alınıb.

Mütəxəssislər bildirib ki, xəstəlik əsasən qızdırma, boğaz ağrısı, ağız boşluğunda yaralar, əl və ayaqlarda səpkilər və qabarcıqlarla özünü göstərir. Əksər hallarda xəstələr 7-10 gün ərzində sağalırlar.

Həkimlər xüsusilə uşaqlarda yuxu zamanı tez-tez diksinmə və ya qəfil oyanma kimi əlamətlərin ciddi qiymətləndirilməli olduğunu bildirirlər.

Mütəxəssislər virusun yoluxmuş şəxslərin ifrazatları və çirklənmiş səthlər vasitəsilə yayıldığını da vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki