İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib.
Referans Media xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitləri tullantılar üçün qazılan su quyusundan çıxarılıb.
Meyitlərə müvafiq baxış keçirildikdən sonra ailələrinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”/
