26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Sabahdan...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb.

Referans Media-ın məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq.

Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-dək davam edəcək.

İstilik mövsümünə noyabrın 1-də başlayacaq ərazilər bunlardır:

- Ağsu

- Ağstafa

- Balakən

- Daşkəsən

- Gədəbəy

- Xaçmaz

- Xankəndi

- İsmayıllı

- Kəlbəcər

- Qax

- Qazax

- Qəbələ

- Quba

- Qusar

- Laçın

- Lerik

- Naxçıvan Muxtar Respublikası

- Oğuz

- Siyəzən

- Şamaxı

- Şabran

- Şəki

- Şuşa

- Tovuz

- Yardımlı

- Zaqatala

Qeyd edək ki, digər ərazilərdə isə istilik mövsümünə noyabrın 15-də start veriləcək. Bu ərazilərdə istilik təchizatı 2027-ci il aprelin 15-dək davam edəcək./BAKU.WS/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki