Acun Ilıcalı “Beşiktaş”ın ulduzunu istəyir – “Tottenhem” də transferə qoşuldu

“Beşiktaş”ın Cənubi Koreyalı hücumçusu Hyon Qyu Oh İngiltərə klublarının diqqətini çəkib. “Hull Siti” və “Tottenhem”in 25 yaşlı futbolçu ilə maraqlandığı iddia olunur. “Hull Siti”nin sahibi Acun Ilıcalının isə transferdə israrlı olduğu bildirilir.

Referans Media xəbər verir ki, “Hull Siti” Hyon Qyu Ohu heyətinə qatmaq istəyir. Lakin klubun “Beşiktaş”a rəsmi təklif göndərdiyi barədə təsdiqlənmiş məlumat yoxdur.

İngiltərə klublarının marağına futbolçunun son oyunlardakı çıxışı səbəb olub. O, UEFA Avropa Liqasında “Hoffenhaym”la səfər matçında iki qol vuraraq komandasının 3:2 hesablı qələbəsinə töhfə verib. Həmçinin “Başakşəhər”lə görüşdə Türkiyə Superliqasında ilk qolunu vurub.

Məlumata görə, Hyon Qyu Ohun qış transfer pəncərəsində “Beşiktaş”dan ayrılması gözlənilmir. Onun mövsümün sonunadək komandada qalacağı, mümkün transfer məsələsinin isə yayda gündəmə gələ biləcəyi bildirilir.

“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtaliano da daha əvvəl futbolçunun mövsüm ərzində komandada qalacağını açıqlamışdı.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki