Həyat yoldaşını başqa kişi ilə yaxaladı – İki uşağının gözü qarşısında qətl törətdi

ABŞ-ın Kaliforniya ştatında baş verən dəhşətli cinayət iki azyaşlı uşağın gözü qarşısında yaşanıb. İşdən tez qayıdan 34 yaşlı İsmayel Pinedalopes həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataqda görüb. Qəzəblənən kişi qadının sevgilisi olduğu iddia edilən şəxsi bıçaqlayaraq öldürüb. Hadisə zamanı ailənin 2 və 4 yaşlı övladları da yataqda olub.

Referans Media xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində baş verib. Məlumata görə, 34 yaşlı İsmayel Pinedalopes işdən gözləniləndən tez qayıdıb və yataq otağında həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə birlikdə görüb. Həmin vaxt cütlüyün 2 yaşlı qızı və 4 yaşlı oğlu da yataqda olub.

İddiaya görə, gördüyü mənzərədən qəzəblənən Pinedalopes cibindəki qatlanan bıçaqla Qarsiyaya hücum edib. Çoxsaylı bıçaq xəsarətləri alan 28 yaşlı kişi hadisə yerində həyatını itirib. Prokurorluğun məlumatına əsasən, hadisə zamanı iki azyaşlı uşaq da yataqda olub. Şübhəlinin həyat yoldaşı və uşaqları fiziki xəsarət almayıb.

Bıçaqlı hücumla bağlı məlumat daxil olduqdan sonra polis əməkdaşları hadisə yerinə gəlib. Onlar Pinedalopesi qan içində aşkar ediblər. Qarsiyanın isə aldığı xəsarətlər nəticəsində öldüyü müəyyənləşdirilib.

Pinedalopesə qətl və cinayət zamanı silahdan istifadə ittihamları irəli sürülüb. O, bütün ittihamlar üzrə təqsirli bilinərsə, 26 ildən ömürlük həbsədək cəza ala bilər. Məlumata görə, şübhəlinin oktyabrın 27-də məhkəmə qarşısına çıxarılması planlaşdırılıb.

Prokuror Todd Spitser hadisəyə münasibət bildirərkən zorakılığın heç vaxt çıxış yolu olmadığını vurğulayıb: “Bu azyaşlı uşaqların öz evlərində atalarının belə dəhşətli zorakılıq törətməsinə şahid olmaq məcburiyyətində qalmaları həqiqətən ürəkparçalayıcıdır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki