Deniz Baysal gördüyü yuxunun həyatını dəyişdirdiyini açıqladı

“Taşacak Bu Deniz” serialında Esme obrazını canlandıran aktrisa Deniz Baysal son iki ildə yaşadığı mənəvi dəyişiklikdən danışıb. O, gördüyü bir yuxudan sonra inanc dünyasına baxışının dəyişdiyini və özünü daha xoşbəxt hiss etməyə başladığını bildirib.

Referans Media xəbər verir ki, aktrisa açıqlamasında İslamın onun həyatındakı yerini son iki ildə daha dərindən anladığını deyib.

“İnsanın Allahı tapmasının nə demək olduğunu bu iki ildə öyrəndim. Bu, mənə inanılmaz dərəcədə yaxşı təsir etdi. Bir yuxu gördüm və bundan sonra sonsuz sevgini hiss etdim. Nə qədər çox inanırdımsa, bir o qədər xoşbəxt olurdum”, – deyə Baysal bildirib.

Yuxusunun təfərrüatlarını danışmaq istəməyən aktrisa yalnız ölümlə bağlı bir təcrübə yaşadığını və bunun ona düşündüyündən daha yüngül hiss etdirdiyini söyləyib.

Baysal həyatındakı dəyişiklikdə TRT-nin “Tabii” platforması üçün çəkilən Ayşə Şasa haqqında layihənin də mühüm rol oynadığını qeyd edib. Həmin işdən sonra İslam təsəvvüfünü oxumağa başladığını və bunun onun üçün yeni mənəvi qapılar açdığını vurğulayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki