Bu gün Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçiləcək.
Namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Hazırkı Ombudsman barədə yetərincə məlumat olduğu halda, digər iki namizəd geniş ictimaiyyətə az tanışdır.
Referans Media onların tərcümeyi halını təqdim edir:
Elşanə Rafiq qızı Vəliyeva 1975-ci ildə anadan olub. BDU-nun hüquq fakültəsini bitirib.
1992-ci ildən 1993-cü ilə qədər Azərbaycan Ali Arbitraj Məhkəməsində ikinci dərəcəli mütəxəssis, 993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Ali Arbitraj Məhkəməsinin Məhkəmə Statistikası Ümumiləşdirmə şöbəsində məsləhətçi, 1998-ci ildən 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsində baş mütəxəssis, 2000-ci ildən 2007-ci ilə qədər isə məhkəmə katibi olub.
28 iyul 2007-ci ildən 2010-cu ilə qədər Nərimanov Rayon Məhkəməsinin hakimi təyin edilib. 28 avqust 2010-cu ildən 30 iyun 2017-ci ilə qədər Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Azərbaycan Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının hakimi (30 iyun 2017-ci ildən), Hakimlərin Seçki Komissiyasının üzvü (2023-cü ildən) olub, nəhayət, Azərbaycan Məhkəmə-Hüquq Şurasının üzvüdür.
Ceyhun Yasin oğlu Qaracayev 1965-ci ildə doğulub.
1987-ci ildə İ.Meçnikov adına Odessa Milli Universitetinin hüquq fakültəsinə daxil olub, 1990-cı ildə Bakı Dövlət Universitetinə keçirilib və 1993-cü ildə həmin universitetin hüquq fakültəsini bitirib. Odessa Dövlət Hüquq Akademiyasının aspiranturasında elmi fəaliyyətini davam etdirib,. hüququ kafedrasında müəllim (assistent və dosent) olub.
14 mart 1998-ci ildə Odessa Dövlət Hüquq Akademiyasında “Konstitusiya hüququ” ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Müstəqil Dövlətlər Birliyi ölkələrində insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları və beynəlxalq hüquqi standartlar (Ukrayna, Rusiya, Azərbaycandakı materiallar əsasında) mövzusunda dissertasiya işi müdafiə edib.
1999-cu ildən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində konstitusiya hüququ və insan hüquqları üzrə kurslar tədris edib. 28 mart 2006-cı ildə dosent elmi adını alıb. Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosentidir.[4]
2002-ci ildə Azərbaycanın hüquq sisteminin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasına uyğunluğuna dair Hesabatın hazırlanmasında milli ekspert kimi iştirak, 2004-2007-ci illərdə Odessa Milli Hüquq Akademiyasının Konstitusiya hüququ kafedrasında doktorantura təhsilini davam etdirib.
2006-cı ildən Milli Məclisin hquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışıb. 2008-ci ildən Milli Məclisi Aparatının dövlət quruculuğu sahəsində qanunvericilik şöbəsinin müdir müavini olub.
2010-cu il iyunun 22-də Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi təsdiq edilib. İşgəncələrın qarşısının alınması üzrə Beynəlxalq Komitənin üzvü olub (19 dekabr 2015 - dekabr 2019).
15 sentyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: nəzəriyyə və təcrübə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ukraynada hüquq elmləri doktoru elmi dərəcəsi alıb.
13 iyul 2018-ci il tarixində Azərbaycanın hüquq elmləri doktoru elmi dərəcəsi adına layiq görülüb.
Xatırladaq ki, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır./yenisabah/
