Türkiyənin “Fənərbaxça” klubunun dünya futbolunun ulduzu Lionel Messini heyətinə qatmaq üçün illik 50 milyon avroluq təklif irəli sürdüyü iddia edilir.
Referans Media xəbər verir ki, idman şərhçisi Barış Yurdusevenin açıqlamasına görə, İstanbul təmsilçisi argentinalı futbolçu ilə bağlı ciddi transfer cəhdi edib. Lakin iddiaya əsasən, Messinin atasının səhhətində yaranan problem bu keçidin reallaşmasına mane olub.
Yurduseven iddiasını qəti ifadələrlə səsləndirərək bildirib: “Bunu 100 faiz dəqiq məlumat kimi deyirəm. "Fənərbaxça" Messiyə illik 50 milyon avro təklif edib. Məhz həmin vaxt Messinin atası xəstələnib”.
Qeyd edək ki, bu məlumat idman şərhçisinin açıqlamasına əsaslanır. Klub tərəfindən təkliflə bağlı rəsmi təsdiq verilməyib.
