38 yaşlı kişi 50 yaşlı sevgilisini öldürdü – Qısqanclıq zəmnində

Samsunun Kavak rayonunda 38 yaşlı İsmayıl Yurtsevən 50 yaşlı sevgilisi Lətifə Mengüçü güllələyərək öldürüb, daha sonra həmin silahla öz canına qəsd edib.

Referans Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin gecə saat 02:00 radələrində Kavak rayonunun Değirmencili məhəlləsində yerləşən bir mənzildə baş verib.

Hadisə ilə bağlı məlumatı Lətifə Mengüçün bacısı verib. Hadisənin baş verməsinə səbəb isə qadının münasibətlərinə son qoymaq istəməsi olub. Başqa birinin olduğunu düşünüb mübahisə etdikdən sonra, İsmail Yurtseven üzərində olan odlu silahla əvvəlcə qadını vurub, daha sonra isə həmin silahla inthar edib.

Faktla bağlı prokurorluq tərəfindən istintaq başladılıb

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki