9 mərtəbəli binada qaz dəhşəti: 20-yə yaxın sakin zəhərləndi

İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib.

Referans Media "Haber Global"a istinadən xəbər verir ki, hadisə şəhərin Pendik rayonunda qeydə alınıb.

Məlumata görə, 9 mərtəbəli binanın sakinləri təbii qazdan zəhərləniblər. Zərəçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları, təcili yardım, qaz idarəsinin işçiləri cəlb olunub.

Digər sakinləri təxliyə edilən bina giriş-çıxış üçün bağlanıb.

Faktla bağlı araşdırma aparılır./publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki