Əraqçi Tehranın Hörmüzlə bağlı şərtini açıqladı

“ABŞ tələblərimizi yerinə yetirməyənədək Hörmüz boğazının açılması məsələsini müzakirə etmək niyyətində deyilik”.

Referans Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazir vurğulayıb ki, Tehranın tələbləri qarşılanmadığı müddətdə Hörmüz boğazının açılması ilə bağlı danışıqların aparılması mənasızdır:

“İranla ABŞ arasında vasitəçilər üzərindən siyasi məsləhətləşmələr mütəmadi olaraq davam edir. Hörmüz boğazı ilə bağlı Omanın nümayəndələri ilə son müzakirə dörd gün əvvəl keçirilib. Bundan əlavə, bir gün əvvəl Qətər nümayəndə heyəti Tehrana səfər edib”.

XİN rəhbəri vasitəçilərlə təklif və ideya mübadiləsinin davamlı xarakter daşıdığını bildirib./Globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki