Cənubi Koreya Prezidenti Li Çje Myon təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib.
Referans Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qərara səbəb dövlət imtahanlarında süni intellektdən istifadə etməklə köçürmənin qarşısını almaq üçün lazımi mexanizmlərin vaxtında hazırlanmadığına görə yaranan ictimai narazılıq olub.
Bildirilib ki, dövlət başçısı Baş nazir Han Son Suka imtahanlarda ədalətli qiymətləndirmənin təmin edilməsi üçün müvafiq tədbirlər hazırlamağı tapşırıb.
Bundan əvvəl təhsil naziri hakimiyyətin imtahanlarda süni intellektdən istifadə ehtimalına qarşı lazımi hazırlıq görə bilmədiyini etiraf etmişdi. O, imtahan qaydalarına son anda dəyişiklik edilməsinin iştirakçılar arasında narahatlıq və çaşqınlıq yarada biləcəyini bildirmişdi.
Qeyd edək ki, noyabrın 19-da Cənubi Koreyada məktəb məzunları üçün vahid dövlət imtahanı keçirilib. Bu il imtahanlarda süni intellektdən istifadə ehtimalı və bunun qarşısını almaq üçün görülən tədbirlərin yetərsizliyi ölkədə geniş müzakirələrə səbəb olub./globalinfo.az
