Azərbaycan-Portuqaliya əlaqələri müzakirə edildi

Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə portuqaliyalı həmkarı Marselo Voltye Matiasla görüşdə fikir mübadiləsi aparıb.

"Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə səfirliyimizə nəzakət ziyarəti edən Portuqaliyanın İrana yeni təyin olunmuş səfiri Marselo Voltye Matiasla görüşüb", - səfirliyin "X" sosial şəbəkə hesabında paylaşılan məlumatda bildirilib.

Digər müzakirə mövzuları barədə məlumat verilməyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki