40 yaşlı kişi bıçaqlandı – qardaşı şübhəli bilinir

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Referans xəbər verir ki, 1985-ci il təvəllüdlü Gəncə sakini, Eşqin Kərimov döş qəfəsinin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

O, əməliyyat edilib, hazırda vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəni törətməkdə həmin şəxsin qardaşı şübhəli bilinir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki