ABŞ-da ağdərili cütlüyün körpəsinin qara dərili doğulması ailə daxilində gözlənilməz böhrana səbəb olub. Doğuşdan sonra körpənin görünüşü ilə bağlı mübahisə yaranıb və ana xəyanətdə ittiham edilib.
Referans Media xəbər verir ki, doğuşdan sonra atanın ailəsi körpənin dəri rəngini əsas gətirərək ananın həyat yoldaşına xəyanət etdiyini iddia edib. Yaranan gərginlik fonunda ata olduğu ehtimal edilən kişi məsələyə aydınlıq gətirmək üçün DNT testi etdirmək qərarına gəlib.
Doğuş zamanı və sonrasında yaşananlara dair görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videolarda ailə daxilində yaranan gərginlik və ananın körpəni gördüyü andakı reaksiyası diqqət çəkib.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olsa da, yalnız körpənin dəri rənginə əsaslanaraq valideynlik və ya xəyanətlə bağlı nəticə çıxarmaq mümkün deyil. Məsələyə DNT testinin nəticəsinin aydınlıq gətirəcəyi bildirilir.
