TƏCİLİ! ABŞ qırıcısının sirli detalları Çinə SIZDI - Nə baş verir?

Amerikanın ən müasir "F-35" qırıcısının məxfi detalları səhvən Çinə düşüb. "Lockheed Martin" şirkətinin istehsalı olan komponentlər, o cümlədən kabinənin örtüyü və silah bölməsinin lyuku təmir üçün Avstraliyadan ABŞ-a göndərilməli immiş.

Referans Media  xəbər verir ki, Lakin "UPS" logistika şirkəti hələlik məlum olmayan səbəblərdən yükü Honq-Konqa çatdırıb.


Məlumata görə, həmin detallar ən katandə məxfi saxlanılan stels (stealth) texnologiyalarından istifadə edilməklə hazırlanıb. Çin hakimiyyəti komponentləri əldə etsə də, onları geri qaytarmağa tələsmir ki, bu da Pekinə ABŞ-ın ən son hərbi-texnoloji işləmələrini öyrənmək imkanı yaradır.

Pentaqon hazırda əmlakı geri qaytarmağa çalışır və logistik xətanın səbəblərini araşdırır. Bu insident Vaşinqtonda təhlükəsizlik və məlumat sızması riskləri ilə bağlı narahatlıqları daha da gücləndirib. Xüsusilə də "F-35" qırıcılarının Səudiyyə Ərəbistanına mümkün satışının müzakirə olunduğu bir vaxtda baş verən bu biabırçı səhv ABŞ ordusunda ciddi rezonans doğurub./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki