Türkiyənin Tunceli vilayətinin Ovacık rayonunda yaylaqda otlayan qoyun sürüsündə panika yaşanıb. İddialara görə, vəhşi heyvandan qorxan sürünün qaçması nəticəsində yaranan izdiham 40 qoyunun tələfi ilə nəticələnib.
Hadisə Işıkvuran yaylağında baş verib.
Referans Media xəbər verir ki, Evliya Koçaslana məxsus qoyun sürüsü otladığı zaman vəhşi heyvan gördüyü üçün qəfil hərəkətə keçib. Qoyunların kütləvi şəkildə qaçması nəticəsində sürüdə izdiham yaranıb.
İzdiham zamanı 40 qoyunun tələf olduğu bildirilir. Hadisədən sonra Ovacık Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsinin əməkdaşları əraziyə baxış keçirərək araşdırmaya başlayıblar.
