Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub.
Referans Media xəbər verir ki, paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb.
Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb.
Şikayətçi iddia edir ki, günlərdir avtomobilini alan şəxslərlə əlaqə saxlasa da onlar ya telefonu açmır, ya da ümumiyyətlə bəhanə ilə ödənişi uzadırlar.
"Xəzər TV" iddialara aydınlıq gətirmək üçün Zaur Baxşəliyev və Sənan İsayevlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, zənglər cavabsız qalıb. Ayaz Məmmədov isə ittihamlarla razılaşmır.
