İkardini transfer etmək üçün hərəkətə keçdilər – Tələbi də bəlli oldu

“Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra gələcək karyerası maraq doğuran Mauro İkardi ilə bağlı gözlənilməz iddia ortaya çıxıb.

Referans Media xəbər verir ki, Yunanıstanın “Olimpiakos” klubu argentinalı hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Yunanıstan mətbuatının yaydığı xəbərə görə, “Olimpiakos”un əsas hücumçusu Ayub El Kaabinin zədələnməsi klub rəhbərliyini yeni forvard axtarışına vadar edib. Bu səbəbdən Yunanıstan təmsilçisinin diqqətini 33 yaşlı İkardiyə yönəltdiyi bildirilir. Məlumata əsasən, “Olimpiakos” rəhbərliyi argentinalı futbolçu ilə ilkin təmaslara başlayıb.

Xəbərdə İkardinin mümkün transferlə bağlı əsas şərtinin də məlum olduğu qeyd edilir. Argentinalı ulduzun yeni klubundan ən azı ikiillik müqavilə tələb etdiyi bildirilir.
İkardinin “Olimpiakos”un təklifini nəzərdən keçirdiyi və tərəflər arasında danışıqların məhz bu şərt üzərində davam etdiyi vurğulanıb.

Hazırda İkardinin karyerasını hansı klubda davam etdirəcəyi dəqiq bilinmir. “Olimpiakos”un təklifi isə argentinalı hücumçu üçün ən gözlənilməz variantlardan biri kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki