Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş idarə yaradılıb.
Referans Media xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan idarənin adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək, Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, 2020-ci ilin 15 dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Adıgözəlova general-mayor rütbəsi verilib. O, bir sıra rayonlarda prokuror vəzifəsində işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur.
