"Valideynlərin işləməsi ailənin imkanlı olması demək deyil" - Deputatdan TƏKLİF

Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub.

Referans Media  xəbər verir ki, belə təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova çıxış edib.

    Deputat deyib ki, təhsil kreditinin meyarlarında valideynin işləməsi ilə deyil, ailənin real gəliri nəzərə alınmalıdır: “Valideynlərin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Həyatın reallığı göstərir ki, hər iki valideyni işləyən, lakin gəliri zəruri ehtiyacları ödəməyən ailələr də çoxdur. Kirayə haqqı, kommunal xərclər, müalicə və digər xərclər və bəzən eyni ailədə bir neçə övladın təhsil alması ailənin büdcəsinə ciddi yük yaradır. Ona görə də təhsil kredinin meyarları müəyyən edilərkən yalnız valideynin işləməsi deyil, ailənin sosial yükü və gəliri də nəzərə alınmalıdır. Daha ünvanlı və ədalətli mexanizm yaradılmalıdır. Hər iki valideyni işləyən, ancaq ailənin maddi vəziyyəti ilə bağlı real çətinlik yaşayan istedadlı tələbələr də güzəştli təhsil kreditdən yaralanmalıdır”.


    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki