Hacıqabulda rəis müavini faciəvi şəkildə öldü

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Referans Media  bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

    Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

    Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

    Faktla bağlı araşdırma aparılır.


    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki