Küçədə infakt keçirən şəxslə bağlı TƏBİB-dən ÜZÜCÜ XƏBƏR

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Xətai rayonunda küçədə infarkt keçirən şəxsin həyatının xilas olunmasını əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Referans Media-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki,  10.09.2026-cı il tarixində saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Perinatal Tibb Mərkəzi yerləşən ərazidən çağırış qeydə alınıb.  

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.  

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Xətai Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Tibb müəssisəsində aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 09:50 radələrində bioloji ölüm faktı qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki