Xaricdən telefon gətirənlərə VACİB XƏBƏR

Son dövrlərdə mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı tətbiq edilən qaydalar ətrafında müxtəlif suallar yaranır. Bəzi vətəndaşlar hesab edirlər ki, xaricdən gətirdikləri telefonlara görə ümumiyyətlə heç bir ödəniş etməyəcəklər. Lakin mütəxəssislər bildirirlər ki, məsələ tam olaraq belə deyil.

Referans Media xəbər verir ki , vergi qanunvericiliyinə edilən son dəyişikliklərə əsasən, ölkəyə gətirilən mobil telefonlara aksiz vergisi tətbiq olunur. Hazırda bu aksiz vergisinin məbləği 20 manat təşkil edir. Bununla belə, qanunvericilik vətəndaşlar üçün müəyyən güzəşt də nəzərdə tutur.Fiziki şəxs tərəfindən təqvim ili ərzində ilk dəfə ölkəyə gətirilən mobil telefon aksiz vergisindən azad olunur. Yəni vətəndaş il ərzində ilk telefonunu ölkəyə gətirirsə, həmin cihaz üçün 20 manatlıq aksiz vergisi ödəməyəcək.Lakin bu, telefonun tamamilə bütün ödənişlərdən azad edilməsi demək deyil. Qanunvericiliyə əsasən, telefonun gömrük rəsmiləşdirilməsi zamanı onun dəyərindən müəyyən güzəşt məbləği çıxılır. Hazırkı qaydalara görə, cihazın gömrük dəyərindən 300 ABŞ dolları həcmində güzəşt tətbiq edilir. Bundan sonra qalan məbləğ üzərindən gömrük rüsumu və digər ödənişlər mövcud qaydalara uyğun hesablanır.

Ekspertlər qeyd edirlər ki, vətəndaşlar aksiz vergisindən azadolma ilə gömrük ödənişlərinin tam ləğv edilməsini qarışdırmamalıdırlar. İlk telefon üçün aksiz vergisi tətbiq olunmasa da, cihazın qiymətindən və mövcud gömrük qaydalarından asılı olaraq digər ödənişlər yarana bilər.

Mütəxəssislər xaricdən mobil telefon sifariş edən və ya ölkəyə gətirən şəxslərə tövsiyə edirlər ki, əlavə xərc və anlaşılmazlıqlarla qarşılaşmamaq üçün əvvəlcədən gömrük və vergi qaydaları ilə tanış olsunlar. Bu, həm maliyyə planlamasının düzgün aparılmasına, həm də rəsmiləşdirmə prosesinin problemsiz həyata keçirilməsinə kömək edir.oxu24.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki