Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

BMT-nin baş katibi Antoni Quterreş süni intellekt şirkətlərini ətraf mühitə təsirlərini açıq şəkildə qiymətləndirməyə və azaltmağa çağırıb.

Referans Media france24.com-a istinadən xəbər verir ki, Parisdə çıxış edən Quterreş iqlim böhranının sürətlə dərinləşdiyini və qazıntı yanacaqlarının əsas problem olduğunu bildirib. O, həmçinin süni intellekt və məlumat mərkəzlərinin artan enerji sərfiyyatının ciddi ekoloji risk yaratdığını vurğulayıb.

 Baş katib bütün iri süni intellekt şirkətlərini 2030-cu ilə qədər bərpa olunan enerjidən istifadə öhdəliyi götürməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki