Avropada yaxın günlərdə təsirli olması gözlənilən güclü isti hava dalğası ilə bağlı ciddi xəbərdarlıqlar edilib.
Referans Media xəbər verir ki, bu barədə Avropa mediası məlumat yayıb.
Bildirilib ki, Şimali Afrika üzərindən gələn isti hava kütləsi bir çox Avropa ölkəsində temperaturu 40 dərəcədən yuxarı qaldıra bilər. Fransa, İspaniya, İtaliya, Portuqaliya və Yunanıstanda artıq xəbərdarlıq səviyyələri yüksəldilib.
Bəzi qiymətləndirmələrə əsasən, bu istilər bir həftə ərzində ciddi insan itkilərinə səbəb ola, hətta 25 min nəfər həyatını itirə bilər.
Vətəndaşlara bol maye qəbul etmək, günəş altında uzun müddət qalmamaq və yaşlı insanları nəzarətdə saxlamaq tövsiyə edilib.
